Məhkəmə yolu ilə əlindən alınan obyektə hücum etdi - VİDEO

31-07-2024, 12:43           
Məhkəmə yolu ilə əlindən alınan obyektə hücum etdi - VİDEO
Tanınmış vəkil Bəhruz Bayramov özünün sosial şəbəkə hesabında uzun illərdən bəri haqlı tərəfin müdafiəçisi olduğu əmlak mübahisəsi ilə bağlı video paylaşıb.

Gununsesi.info-nun xəbərinə görə, vəkil bildirib ki, 2015-ci ilin dekabrından hüquqlarını qoruduğu A. İsmayılovun qanuni əmlakına qəsd həyata keçirilir.

İşin qısa mahiyyəti bundan ibarətdir. Deməli, A. İsmayılovun cavabdeh Zahid Aslanliya 1 milyon ABŞ dolları verərək, onun mülkiyyət isi olduğu Nizami r-n, B. Cobanzadə kücəsi 132 ünvanda yerləşən obyektinə şərik olur. Z. Aslanlı şərik olsa da somradan A. İsmayılovu obyektə buraxmır.

Artıq 9 ildi məhkəmələrdiyik, iş üzrə 60-dan cox qərar, qətnamə və qərardad cıxarılır. Son nəticədə pulun əvəzinə obyekt bizə verilir və hərrac vasitəsilə rəsmiləşdirilir. Buna baxmayaraq borclu Zahid Aslanlı obyektə hücum cəkir, su xətlərini məhv edir, hətta su quyusuna nəsə tökür. Bu zəhər də ola bilər”.

Saytımıza açıqlamasında Bəhruz Bayramov dünən belə bir olayın yaşandığını deyib.

Vəkil bildirib ki, Zahid Aslanlı əraziyə hücum çəkir, su xətlərini kəsir, təxribat törədir.

Vəkil Daxili İşlər Nazirliyindən olaya reaksiya verməsini və qanuni tədbir görməsini xahiş edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.