Mühəndislik Uniuversiteti komfortu düşünür: -Bəs, təhsil?

31-07-2024, 19:01           
Mühəndislik Uniuversiteti komfortu düşünür: -Bəs, təhsil?
Bakı Mühəndislik Universiteti “Nurgün Motors” MMC ilə satınalma müqaviləsi imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin müqaviləyə əsasən universitet şirkətədən iki ədəd avtomobil alacaq və bunun üçün 115 min 260 manat pul xərcləyəcək.

BMU-nun e-tender.az saytında yerləşdirdiyi məlumatdan belə aydın olur ki, onlar əsasən mühərrik gücü 2.5 lt olan sedan tipli avtomobil axtarışındadırlar. Elə “Nurgün Motors”a üz tutmaları da bununla bağlıdır.

Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, “Nurgün Motors”un hazırda mühərrik gücü 2.5 lt olan avtomobilləri arasında BMU-nun standartlarına cavab verən yeganə model “Yeni Altima”dır. Bu avtomobilin texniki parametrləri ilə BMU-nin istəkləri tam üst-üstə düşür.

Sözügedən şirkətin satışa çıxardığı “Yeni Altima” modelinin qiyməti isə 52 min manatdan başlayır. Ən bahalı modeli isə “Yeni Altima 2.5SV”dir. Onun isə qiyməti 53.500 manat təşkil edir.

Qeyd edək ki, tenderin şərtlərinə görə, BMU “Nurgün Motors” şirkətinə iki avtomobil üçün ən yaxşı halda 107 min manat ödəyərək, hər iki avtomobili ala bilər. Bəs, yerdə qalan 8 min manatın aqibəti necə olacaq? Onu hansı xərclərin ayağına yazacaqlar? Normalda hər hansı şirkətdən iki və daha artıq avtomobil aldıqda, həmin şirkət qiymət güzəşti edir. Və şübhəsiz ki, BMU ilə “Nurgün Motors” arasında öncədə bu barədə razılaşma əldə olunub. Yəni, universitet şirkətə 107 min manatdan daha az pul verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.