Emin Əmrullayevin menyüsuna…

1-08-2024, 10:13           
Emin Əmrullayevin menyüsuna…
Elm və Təhsil Naziriliyinin əməkdaşı belə bir açıqlama verib ki, işdən çıxarılan hər müəllimin yerinə işə götürülən olmayacaq.

ETN bu yoldaşın timsalında iddia edir ki, təhlil aparıblar və ölkə üzrə ehtiyac duyulandan daha çox müəllimin ümumi təhsil müəssisələrində fəaliyyət göstərdiyi “qənaətinə” gəliblər. Xüsusilə də, ibtidai sinif müəllimləri ilə bağlı təhlil aparıb bu “qənaətə” gəliblər.

Bəribaşdan deyim ki, Emin Əmrullayevin müəllimlərin sertifikatlaşdırma məsələsini ən çox alqışlayanlardan biri də mən olmuşam. Bəli, hesab etmişəm ki, savadsız müəllimlərin savadlılarla əvəz olunması təqdirolunası haldır. Hətta rəhbərlik etdiyim media orqanında kəsilən müəllimlərin şikayətlərinin işıqlandırılmasına da imkan verməmişəm. Bu məsələ ilə bağlı dəstəkverici statuslarım da “Facebook”da durur.

Amma bu təqdirolunası işin içinə şəxsən Emin Əmrullayevin seçdiyi birinci dərəcəli kadrların şəxsi mənfəətləri ucbatından etdikləri insanın ümidini üzür, həvəslə imtahana hazırlaşan gənclərin həyat eşqin söndürür.

Məlumat üçün Nazir Emin Əmrullayevin nəzərinə çatdırım – məktəblər var ki, orda ibtidasi sinif müəllimi olmaya-olmaya vakant yer çıxarmayıblar. Yəqin, bunun səbəblərini Emin müəllim daha yaxşı bilir, məhz buna görə də çıxarmayıblar.
Əgər E.Əmrullayev üçün maraqlı olsa və özündə həvəs tapsa, o faktları ona verərəm.

Əlişir Əhəd

Tribunainfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.