Sumqayıtda Saray körpüsü qəzalı vəziyyətdədir

1-08-2024, 10:38           
Sumqayıtda Saray körpüsü qəzalı vəziyyətdədir
Böyük dəlik, ətrafında isə çatlar əmələ gəlib.

Söhbət Sumqayıt şəhərinə 2-ci əsas girişdəki körpüdən gedir. Şəhəri Saray qəsəbəsi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olduğu bildirilir.

Bu yolla hər gün minlərlə avtomobil hərəkət edir. Sürücülər körpünün bu vəziyyətinin təhlükəli olduğunu deyirlər.

Yolda çökmələr olduğundan körpünün üzərində olan işıqforun fəaliyyəti dayandırılıb.

Bu addım avtomobillərin körpünün üzəri ilə dayanmadan hərəkətini təmin etmək məqsədi ilə atılıb.

Çünki avtomobillərin körpünün üzərində dayanması çökmə ilə nəticələnə bilər. Həmçinin altından dəmir yolu xətti keçdiyinə görə təhlükə ikiqat artır.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev "Xəzər Xəbər"ə bildirib ki, məsələ aidiyyəti qurumların diqqət mərkəzindədir.

Körpünün əsaslı təmir olunması üçün müvafiq addımlar atılacaq.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru