İnflyasiyanın yüksəlməsi üçün hər şey edib, sonra öz etdiklərinin nəticəsi ilə mübarizə aparan quruma Nazirlər Kabineti deyilir...
2-08-2024, 15:16
Rəsmi məlumat: Nazirlər Kabinetində “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun iclası olub. Qərara alınıb ki, Azərbaycanda inflyasiyanın məqbul, aşağı səviyyədə saxlanılması üçün tədbirlər görülsün. İqtisadiyyatda baş verən hər şey artıq artıq traqikomediyadır – elə həmin Nazirlər Kabineti nəznində olan Tarif Şurası cəmi bir neçə həftə öncə Aİ92 markalı benzinin qiymətini 10%, dizel yanacağının qiymətini isə 25% artırdılar. Yəni, NK-i bilmirmi ki, məsələn, aqrar sektorda dizel yanacağı istehsal olunan məhsulun maya dəyərində 35-40%-lik paya malikdir?! Anlamırlarmı ki, əgər dizel 25% bahalaşıbsa, deməli kənd təsərrüfatı məhsullarının qiyməti artacaq?! Başa düşmürlərmi ki, dizel yanacağı logistikada, yükdaşımalarda istifadə edildiyinə görə, ərzaq və qeyri-ərzaq mallarının daşıma xərcləri yüksələcək, onlar da bahalaşacaq?! İnflyasiyanın yüksəlməsi üçün hər şey edib, sonra öz etdiklərinin nəticəsi ilə mübarizə aparan quruma Nazirlər Kabineti deyilir... Natiq Cəfərli TEREF