Hökumət yenə də qaydaları təsdiqləmədən məsuliyyəıti atdı Nazirliyin üzərinə

3-08-2024, 10:14           
Hökumət yenə də qaydaları təsdiqləmədən məsuliyyəıti atdı Nazirliyin üzərinə
Nazirlər Kabineti COP29 - un keçiriləcəyi dövrdə ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində tədrisin distant (məsafədən) formada təşkil olunacağı haqqında qərar verib.
Maraqlıdır ki, qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq hökumət indiyədək də distant formada təhsilin təşkili qaydalarını təsdiq etməyib.
Bu təhsil forması qanunvericilikdə nəzərdə tutulsa da Nazirlər Kabineti bu formada təhsil alanların diplomlarını tanımır.
Uzun illərdir ki, ölkədə bir neçə universitet bu təhsil xidmətinin formalaşması üçün investisiyalar yatırıb, mərkəzlər qurub, kadrlar və rəqəmsal resurslar hazırlayıb. Amma ETN və hökumət hansısa naməlum səbəblərdən bu qaydaları təsdiqləmək istəmir.
Bu səbəbdən də universitetlər bu xidmətləri təqdim etməklə əlavə resurslar qazanmaqdan məhrum olur, təhsil xidmətlərinə əlçatanlıq yetərli olmur, bu formada təhsil almaq imkanları olanların hüquqları məhdudlaşdırılır, ölkənin təhsil sektorunda rəqabətli mühitin inkişafı ləngiyir və s.
Yenə də özümüzdə distant təhsil alanların diplomlarını ETN tanıyacaq, amma xaricdə tanınmış universitetlərdə distant formada oxuyanların diplomlarını tanımayacaq.
Bəlkə də COP 29 səbəb düşər, hökumət və ETN insafa gəlib bu sənədləri təsdiqləyərlər
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru