Azərbaycan dilində "Generativ Süni İntellekt" sisteminə ehtiyac varmı?
3-08-2024, 10:34
Bu gün ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Adətən hər il bu vaxtı dilimizin texnoloji problemləri ilə bağlı statuslar paylaşıram.
Hazırda bizim milli bir generativ sistemimiz yoxdur. Yəni biz ChatGpt və s. bu tip ingilis dilli sistemlərdən Azərbaycan dilində istifadə etməklə yeni məzmun yaradırıq.
Görəsən özümüzünkü lazımdırmı?
Yuxarıdakı sualı ChatGPT-yə verdim. Düşündüm deyər ki, mən varamsa başqasına ehtiyac yoxdur
Amma qayıtdı ki, bəli, hər bir ölkənin öz milli dillərində "Generativ Süni İntellekt" (GSI) həlləri yaratmağa ehtiyacı var. Bu, bir neçə səbəbdən əhəmiyyətlidir:
-dilin və mədəniyyətin qorunması üçün,
-daha keyfiyyətli məzmun və tərcümə üçün ,
-daha rahat istifadə üçün ,
-daha asan formada tədqiqatlar üçün
-texnoloji inkişafa dəstək üçün və s.
Hər il verdiyim sualı bu gün də təkrarlamaq istərdim. Kim yaradacaq bunu?
Bunun üçün zəruri olan əsas resurs, Azərbaycan dilinin Milli Korpusu formalaşıbmı, zəruri texniki-texnoloji infrastruktur yaradılıbmı?
Müşahidələr göstərir ki, ayrı-ayrılıqda separat formada müxtəlif qurumlar bu istiqamətdə çalışdıqlarını, yaxud çalışacaqlarını açıqlayırlar.
Konseptual bir yanaşma, töhfə verə biləcək qurumları və şəxsləri bir yerə toplayacaq təşəbbüslər, real işlər isə ortada yoxdur.
Əgər Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdə səlahiyyətli qurumların bu istiqamətdə açıqlamaları, təşəbbüsləri yoxdursa , demək bu sahədə durum elə də ürəkaçan deyil.
Osman Gunduz
TEREF