Azərbaycan hansı Aİİ ölkələrindən kolbasa alır?

3-08-2024, 17:34           
Azərbaycan hansı Aİİ ölkələrindən kolbasa alır?
Bu ilin yanvar-may aylarında Azərbaycanın cəmi kolbasa idxalının 81,7%-i Rusiyanın payına düşüb
Azərbaycan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən kolbasa idxal edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan:
-Rusiyadan 1890 ton,
-Belarusdan 137 ton kolbasa idxal edib.
Bu ilin yanvar-may aylarında Azərbaycanın cəmi kolbasa idxalının 81,7%-i Rusiyanın payına düşüb.
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən, Türkiyədən, Almaniyadan və digər ölkələrdən də kolbasa idxal edir.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 12 min tondan çox kolbasa istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru