Ruslan Əliyev Balababa Rzayevin yerinə təyin olunur? - Seçkilərsən sonra…

5-08-2024, 08:08           
Ruslan Əliyev Balababa Rzayevin yerinə təyin olunur? - Seçkilərsən sonra…
Yaxın vaxtlarda "Azəriqaz" İstehsalat Birliyinin sabiq baş direktoru Ruslan Əliyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin olunması gözlənilir.
Bu barədə “32gun.az”-a qurumdakı mənbədən məlumat daxil olub.
Məlumatda iddia olunur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra Balababa Rzayev "Azərenerji" ASC-nin prezidenti vəzifəsindən azad olunacaq. Onun yerinə isə daha gənc və energetika sahəsində ixtisaslı kadr olan Ruslan Əliyev gətiriləcək.
Qeyd edək ki, Ruslan Əliyev hazırda "Azərenerji" ASC-nin prezidenti Balababa Rzayevin müşaviri vəzifəsində çalışır.
Məsələ ilə bağlı "Azərenerji" ASC-yə sorğu ünvanlasaq da cavab ala bilmədik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru