Nə zaman İşçi tərəfindən əmək vəzifələrini kobud surətdə pozulması halı hesab edilir.

5-08-2024, 07:38           
Nə zaman İşçi tərəfindən əmək vəzifələrini  kobud surətdə pozulması halı  hesab edilir.
İşçi: yalnız iş vaxtı ərzində və ya bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halında bu, işçi tərəfindən əmək vəzifələrini kobud surətdə pozulması halı hesab edilir.
Ağırlıq dərəcəsindən, ehtiyatsızlıq və qəsdən edilməsindən asılı olaraq işçi bu hallarda: əmək intizamı, maddi, inzibati və ya cinayıət məsuliyyətinə cəlb oluna bilər, eyni zamanda işçinin əmək müqaviləsi də bu əsasla ləğv oluna bilər.
İş vaxtı ərzində və ya bilavasitə iş yerində olmayan inzibati xətalara və cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə görə işçi AR- nın Əmək Məcəlləsində nəzərdə tutulan qaydada maddi və ya intizamı məsuliyyəti daşımır, belə məsuliyyətə cəlb oluna bilməz, onunla bağlanmış Əmək müqaviləsi bu əsaslardan ləğv edilə bilməz.
İşçinin, iş yerində inzibati xətalara və cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi dedikdə onun:AR Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və qanuni qüvvəyə minmiş qərarları nəzərdə tutulur.
Azər Quliyev.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru