Adı müğənnilərlə və Çovdarovla çəkilən, 9 milyon borcu olan “Sipark” batır – Məhkəmə

5-08-2024, 12:38           
Adı müğənnilərlə və Çovdarovla çəkilən, 9 milyon borcu olan “Sipark” batır – Məhkəmə
Bakının Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə “Evrostroy” MMC, hazırkı adı “Sipark” olan şirkətə qarşı iddiaya baxılıb. Tribunainfo.az-ın verdiyi xəbərə görə, onlarla vətəndaş tərəfindən məhkəməyə verilmiş şirkət hələ də mənzil alan insanların problemlərini həll etmir. Həmin şikayətçilərdən biri də Həsənov Namiq Rizvan oğludur ki, onun iddiasına məhkəmədə baxılıb. Ümumiyyətlə, Təbriz küçəsində bina tikintisi başa çatmayan “Sipark” uzun illərdir ki, vətəndaşları süründürür, aldadır. Şirkətin sahibi Seymur İsayevdir. Onun adı MTN generalı Akif Çovdarovla keçib.
Şirkətin rəhbəri Seymur İsayev şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.
MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda gedən məlumatlar var.
İsayevin “Evrostroy” şirkətinə həmyerlilərini şərik etmək istəməsi o dövrdə R.Qarayevin ciddi narazılığı ilə qarşılanır. Aralarında mübahisə yaranır. Kik-boks üzrə idman ustası olan R.Qarayevin şəriklikdən uzaqlaşdırmaq üçün başlanan, dava-dalaşla müşayiət olunan mübahisə “Sipark” rəhbərinin Çovdarova müraciəti ilə nəticələnib.
Seymur İsayev
A.Çovdarovun MTN əməkdaşı olan Təhmasib adlı köməkçisi S.İsayevin Nərimanov rayonu, Həsən Əliyev küçəsindəki 7 mərtəbəli ofisinin daimi qonaqlarından olub.
Hacı Rafael Qarayevi A.Çovdarova sifariş edəndən sonra onu vəhhabi təriqətinə pul ötürmək, bu təriqətin ardıcılı olmaq suçu ilə MTN-ə aparıblar.
Rəfael Qarayevdən S.İsayevlə şəriklikdən imtina etmə haqda vəd və 150 min manat pul almaqla azad ediblər. Yada salaq ki, “Sipark” şefinin digər ortaqlarından biri iş adamı Famil Xəlilov olub. F.Xəlilovun adı müğənni Şəbnəm Tovuzlu ilə sevgili olmaqda hallanıb. Sonra iş adamı da sevgilisini MTN-ə çağırdıb. Çovdarova müğənniyə təzyiq göstərib ki, sevgilisinin ona bağışladığı mülklərdən imtina eləsin.
Qeyd edək ki, “Sipark Qrup” bir neçə qurumdan təşkil olunmuş böyük şirkətdir. Bu şirkətin tərkibində “Sipark İnşaat”, “Sipark Turizm”, “Sipark Otelçilik”, “Sipark Əmlak”, “Sipark Media” kimi qurumlar fəaliyyət göstərir. “Sipark”ın baş ofisi İstanbuldadır.
Çox maraqlıdır ki, Çovdarova məxsus olduğu deyilən “Evrostroy-S.S” Məhdud Məsuliyyətili Cəmiyyət (MMC), “Zaman-İ” Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov məhkəməyə verilib.
Taleh Abbasovla bağlı məhkəməyə “Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (QSC) müraciət edib.
Cavabdeh qismində iş adamının şərikləri – Abdullayev Rizvan Əhməd oğlu, İsayev Seymur Nizami oğlu, Ələsgərov İsmayıl Əziz oğlu, Abbasov Rəşad Cəmil oğlu və Məmmədov Ramin Bəxtiyar oğludur.
Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 7 qəpik vergi borcu var.
Onu da deyək ki, Seymur İsayevin adı ilk olaraq müğənni Damla ilə sevgili olması haqda xəbərlə həftələrlə medianın və sosial şəbəkələrin gündəmi oldu.

Səid Mehdili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.