Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi (FOTO)

6-08-2024, 00:02           
Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi (FOTO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov yaxın dostunu çalışdığı qurumda vəzifəyə təyin edib.
Qaynarinfo-nun məlumatına görə, Anar Bayramovun müvafiq əmri ilə Niftiyev Yalçın Sakit oğlu agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib.

Qeyd edək ki, bu ilin iyun ayında Yalçın Niftiyev 2012-ci ildən çalışdığı “A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov “A-Qroup Sığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür və uzun illər bu şirkətin sədri vəzifəsində çalışıb.
Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru