Bakıda məmur evini 15 milyona satışa çıxardı - FOTOLAR

6-08-2024, 00:04           
Bakıda məmur evini 15 milyona satışa çıxardı - FOTOLAR
Nəsimi rayonu, Tbilisi prospektinə yaxın ərazidə fantastik qiymətə villa satışa çıxarılıb.

Əzəmətli ev Həsən Əliyev küçəsində yerləşir. 36 sot torpaq sahəsi olan villa 2 mərtəbə, 10 otaqdan ibarətdir.

Şəhərin mərkəzində yerləşən villa fantastik qiymətə - 15 milyon manata təqdim olunub.

Satıcı 1500 kv.m mülkün yüksək keyfiyyətli materiallar tikildiyini və dəyərli əşyalarla təchiz olunduğunu bilirir. Villada ayrıca iş otaqları və əlavə qapalı hovuz da mövcuddur.

Klassik üslubda inşa edilən villanın ətrafında məktəb, bağça və özəl xəstəxanalar, iri market şəbəkələri də fəaliyyət göstərir.

"Yeni Sabah" dəbdəbəli mənzilin sahibinin kimliyini öyərə bilib. Məlum olub ki, 1500 kv.m mülkün sahibi sabiq məmurlardan biridir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru