Əmək Pensiyaları haqqında AR-sı Qanunda olan bu ədalətsizliyin düzəldilməsi vaxtı gəlib çatıb
12-08-2024, 09:08
Fiktimcə Əmək Pensiyaları haqqında AR-sı Qanunda olan bu ədalətsizliyin düzəldilməsi vaxtı gəlib çatıb. Ədalətsizliyin olması hətta işçilərlə əlaqədar olan və aşağıda göstərilən 2 Qanunun olmasında belə özünü göstərir.
Belə ki:
İşçilərlə əlaqədar aşağıda qeyd etdiyim bu qanunlardan ikincisi
- birincisinə görə daha ədalətlidir.
Bu qanunlardan birincisi
- əmək pensiyaçısından, ikincisi isə işçidən - artıq ödənilmiş pulun geri tutulmasını tənzimləyir.
Bu barədə çox əks fikir söyləmək olar. Lakin, ümumi olaraq bur fikrimi bildirmək istəyirəm ki, əgər - Dövlət qurumu əmək pensiyasını düzgün hesablanmayıb, normativ xarakterli hüquqi aktları düzgün tədbiq etməyibsə, buna görə məsuliyyəti əmək pensiyası alan şəxs deyil, dövlət orqanı daşıyır.
Mənim ikrimcə əmək pensiyçısından da - artıq ödənilmiş pul Əmək Məcəlləsində olan qaydada tutulmalıdır. Yəni, pensiyadan pul yalnız riyazi hesablamalar nəticəsində artıq ödənildikdə tutula bilər. Təsəvvür edin,əmək pensiyaçısı bu pulu alıb müəyyən dərdləri üçün istifadə edir və sonra ona bildirirlər ki, sizə artıq pul ödənilir və artıq ödənilmiş pul sizdən tutulacaq.
Fikrimcı, Əmək pensiyası haqqında AR-sı Qanununda da ümumi şəkildə deyil, Əmək Məcəlləsində olduğu kimi konkret və dəqiq yazılmalıdır,hansı hallarda artıq ödənilmiş pul pensiyaçıdan tutula bilər.
Əmək pensiyası haqqında Qanun: 39.1-ci maddə: Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda MƏHKƏMƏ qaydasında tutulur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi 175.5-ci maddəsi: Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər İŞÇİDƏN TUTULA BİLMƏZ.
Azər Quliyev.
TEREF