“Sara Lizinq” gömrük qaydalarını pozub

14-08-2024, 08:14           
“Sara Lizinq” gömrük qaydalarını pozub
“Sara Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan (malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 150 manatdan 250 manatadək, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.

Qeyd edək ki, “Sara Lizinq” MMC 2022-ci ildə təsis edilib və AKİA-nın müvəkkil kredit təşkilatlarından biridir. Lizinq şirkəti fermerlərə Avropa, Türkiyə, Hindistan və Çin istehsalı olan texnika və aqreqatlarına lizinq yolu ilə və nağd satışını təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru