Yaponiyanın "Nikkei" birjasında səhmlərin rekord çöküşü tam bərpa edildi

14-08-2024, 13:08           
Yaponiyanın "Nikkei" birjasında səhmlərin rekord çöküşü tam bərpa edildi
Yapon fond bazarı 5 avqustda müşahidə olunan 1987-ci ildən bəri ən böyük çöküşü tam bərpa edib.

Bu barədə "Bloomberg" xəbər yayıb.

Bildirilib ki, "Nikkei 225" indeksi çərşənbə axşamı, 13 avqustda səhmlərin düşməsindən əvvəl müşahidə olunan səviyyələrə qədər yüksəlib.

Agentliyin qiymətləndirməsinə görə, kəskin artıma həm yenin zəifləməsi, həm də panik satışlara məruz qalan şirkətlərin vəziyyətinin daha obyektiv qiymətləndirilməsi təsir göstərib.

Bununla belə, "Nikkei 225" və "Topix" indeksləri hələ də iyulun sonuna nisbətən 8 faiz aşağıdır və iyunda qeydə alınan tarixi maksimumlardan 13 faiz geri qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru