"Casablanca Travel" şirkətinin rəhbəri həbs edilib?: MÜŞTƏRİLƏR ÜSYAN EDİR

15-08-2024, 18:30           
"Casablanca Travel" şirkətinin rəhbəri həbs edilib?: MÜŞTƏRİLƏR ÜSYAN EDİR
"Casablanca Travel" turist şirkətinin rəhbəri Xəyal Həmidovun həbs edilməsi ilə bağlı xəbərlər yayılıb.

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, o, müştərilərin və subagentlərin etibarından sui istifadə edərək, onlara yüz minlərlə manat dəyərində zərər vurub.

Şikayətçilər qeyd edirlər ki, müştərilərdən aldığı məbləğləri şəxsi məqsədləri üçün istifadə edən Xəyal Həmidov tur operatora ödəniş etməyib.

"Müştərilər turların pulunu veriblər, uçuş vaxtı gələndə gediblər aeroporta ki, bilet yoxdu, otel yoxdu.

Summer, Kompas, Pasha Travel kimi operator şirkətlərin saxta vauçerlərini çap edib müştərilərə göndərib.

Saxta nömrələr, saxta kodlar, saxta aviabiletlər" - bunu isə sosial şəbəkələrdə "Casablanca Travel"lə əməkdaşlıq etmiş şəxslərdən biri olan İlkin Rüstəmzadə yazıb.

"Adam faktiki dələduzluq və sənəd saxtakarlığı cinayətlərini təkrar-təkrar törədib. Barəsində onlarla şikayət var" - deyə, İlkin Rüstəmzadə bildirib.

Sosial şəbəkələrdə Xəyal Həmidovun artıq həbs edildiyi bildirilir. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru