Bakıda 2 ulduzlu otelin gecəsi 1000 manata qalxıb

23-08-2024, 00:06           
Bakıda 2 ulduzlu otelin gecəsi 1000 manata qalxıb
Bakıda bu ilin noyabrında keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanın turizm sektoru üçün böyük sınaq olacaq.
FED.az xəbər verir ki, ölkədəki, o cümlədən Bakıdakı otellər konfrans dövründə bütün dünyadan Bakıya axışacaq turistləri qəbul etməli olacaq. İlkin məlumatlara görə, COP29 dövründə ölkəyə 80-140 min arası turistin gəlməsi gözlənilir. Tədbir dövründə yaşanacaq sıxlıq artıq indidən otellərin qiymətini fantastik səviyyəyə qaldırıb.
Hazırda «COP29» tədbiri üçün otelləri xüsusi olaraq bu tədbir üçün yaradılan cop29-accommodation.bnetwork onlayn platformasından sifariş etmək mümündür.
Son vəziyyətə görə, sistemdə cəmi 81 otel yerləşdirilib. Əvvəllər otel sayı daha çox idi, amma sifarişlər tutulduqca boş otağı olan otellərin sayı azalmaqdadır. Sistemdəki otellərin əksəriyyəti 2 ulduzludur, burada hətta 1 ulduzlu otellər də var. 3-və 5 ulduzlu otellərin sayı isə olduqca azdır və həmin otellərdə hələlik ən bahalı otaqlar qalıb, böyük ehtimalla tədbirədək onlar da tutulacaq.
Amma əsas məsələ otellərin qiymətidir. Hətta 1 ulduzlu oteldə də qiymətlər «əl yandırır». Məsələn, metronun «Gənclik» və «Nərimanov» stansiyaları arasındakı «Consul Hotel»-də 1 otağın günlük qiyməti 165 dollara, təklif olunur – 280 manata.
2 ulduzlu otellərin qiyməti 150-160 dollardan başlayır, əksər otel 300-400-500 dollar arasındadır. Hələlik ən bahalı 2 ulduz otelin gücəsi 583 dolardır – bu təqribən 1000 manatdır.
Bakının mərkəzində Üzeyir hacıbəyov küçəsindəki «Rosemary Inn Hotel»in gecəsinin qiyməti belədir. Daha bir maraqlı məqam – COP29-a görə otaqlar minimum 11 günlüyə verilir. Yəni bu oteldə 11 gecəlik yer üçün 6413 dollar tələb olunur – yəni təqribən 11000 manat.
Daha bir 2 ulduzlu – «The Clocktower Hotel»də otağın 1 gecəsi 456 dollar və ya 775 manatdır, minimum 6 günlük səyahət üçün buraya 4,6 min manata yaxın ödəniş etmək lazım olacaq.
«Smith Hotel Baku»da qiymətlər 383 dollar, «Deluxe City Inn Hotel»də 500 dollar, «Egoist luxury Hotel»da 441 dollar, «Eleven Hotel Baku»da 397 dollar təşkil edir. «Marine Inn Hotel Baku» qonaqlarını 518 dollarlıq qiymətlə gözləyir. Motindəki «Mont Inn Hotel» isə qiyməti 583 dollara qaldırmaqla COP29-dan yararlanmaq istəyir.
3 ulduzlu otellərdə qiymətlər 120 dollardan başlasa da («Aysberq» otel – 118 dolllar), sonradan 300-400 dollar, eləcə də 500-900 dollaradək yüksəlir.
Məsələn, 3 ulduzlu «ALBA HOTEL & SPA» və «Ammar Grand Hotel» 441 dollardan, «Atlas Hotel Baku» isə 489 dollardan qiymət təklifi elan edib.
3 ulduzlu «Graaf Hotel» 706 dollarlıq, «Port Rivoli Baku Luxury Boutique Hotel» 735 dollarlıq, «Ramada by Wyndham Baku» isə 902 dollar qiymətində otaqlar təklif edir.
Şəhərin ən maraqlı və keyfiyyətli xidmət göstərən otellərindən biri, Xəzər sahilindəki «Homebridge Hotel Apartments» oteli qiyməti ilə də fərqlinir, burada gecəsi cəmi 206 dollardan qiymət təklif edilir.
«Shah Palace Luxury Museum Hotel» (1353 dollar), «Bilgah Beach Hotel» (1118 dollar) və «Courtyard by Marriott Baku» (1215 dollar) kimi otellərdə isə qiyməilər 1000 dolları keçir.
«Ivy Garden Hotel Baku»da isə 1 gecəsi 2235 dollarlıq otaqlar təqdim olunurb, 11 gecə üçün məbləğ 24 585 dollar deməkdir.
Bu qiymətin fonunda «Fairmont Baku, Flame Towers»dəki 2205 dollarlıq qiymət daha insaflı gəlir. 11 günlük otel xərci 24 255 dollar edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.