Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?

23-08-2024, 00:10           
Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?
İnternet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir.

Bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib.

“Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə, ondan 130 manat cərimə tələb olunur. Həmçinin, vətəndaşlara aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlərin də tezliklə qiymətləri qaldıracağı bildirilir. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır. Xatırladıram ki, “Aztelekom” son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra “Huavey” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim edərək minimum tarif 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb. 15 avqust tarixindən başlayaraq isə bu, 25 manata (100Mbit/s) qaldırıb. Bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla “şərikli internet” seçimi etmələri haqqında sosial mediada məlumatlar yayılıb.

Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”, – deyə ekspert bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.