Yasamal MKTB cərimə edilir - Hansı qaydanı pozub?

23-08-2024, 11:04           
Yasamal MKTB cərimə edilir -
Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinə siyasi, sosial və əmək hüquqları əleyhinə olan (Əməyin mühafizəsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə irəli sürülüb. İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır. Qeyd edək ki, Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovdur.

SUGGESTED NEWS













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru