Sahil Babayev yalan deyir yoxsa pensiyaçılar?

23-08-2024, 00:19           
Sahil Babayev yalan deyir yoxsa pensiyaçılar?
"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur”. deyərək Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyi açıqlamasında bildirilib. Qeyd olunub ki,avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib."Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər”, – məlumatda vurğulanıb .Həmçinin Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında qeyd olunub ki, pensiya və müavinətlərin köçürülməsi zamanında həyata keçirilib.

Rəsmi məlumatların doğruluğuna şəbhələr yaranır. Belə ki, sosial şəbəkələrdə pensiya gözləyən minlərlə vətəndaş sual verir ki, "Pensiya köçdü?” "Müavinətlər köçürüldü?” "Görəsən nə vaxt pensiya veriləcək?” və s. bu kimi suallarla vətəndaşlar narahatçılıq keçirib pensiyaların köçürülməsi ilə bağlı maraqlanırlar. Paytaxtda və bölgələrdə yaşayan pensiyaçılar bankomatların önündə saatlarla öz növbələrini gözləyib sonda isə pensiya kartlarında pul görünsədə çıxarılması mümkün olmayıb.

Mütəxəssislərin rəylərinə əsasən bu sistem üzərində olan problem və yaxud bankomatda pul vəsaitinin olmaması ilə bağlı deyil. Belə hallar hər il baş verir sifariş icra olunsada, pensiyalar hesablara köçürülməyib. Həmçinin ehtiyatda olan hərbi qulluqçularında pensiya maaşları yenə gecikir.

Məlumata əsasən əvəllər ayın 15-də verilən ehtiyyatda olan hərbi qulluqçuların maaşları avqustun 22-si olmasına baxmayaraq, hələ də verilmir. Ehtiyatda hərbiçilər bildirilər ki, ayın 15-də verilən təqaüdlər, bu günə qədər verilməyib. Dövlət Sosial Müdafiə Fondunun 190 – "Mərkəzi Çağrı Sisteminə zəng etdikdə avtomatik olaraq bildirilir ki, əgər pensiya ilə bağlı müraciət etmisizsə bu ayın 27-də veriləcək.Yəni heç bir səbəb göstərilmədən pensiyaların bu qədər yubanmasına səbəb nədir? Məlumatlarda qeyd olunurdu ki, ödəmə tarixləri geri çəkilə-çəkilə 1 ay ortada itib gedəcək. Əslində biz bu məlumatlara ciddi yanaşmırdıq. Amma indi baxıram elə bu gecikmıələr buna hesablanıb. Çünki, əvəllər pensiyalar ayın 4-5 arasında verilirdi, sonra oldu ayın 15-də, indi də etdilər ayın 27-sı. Yəni, ortada 1 ay yoxa çıxdı

Sual yaranır nazirliyin bu açıqlamasından sonra da pensiyaçılar yalan məlumatlar yazırlar? Niyə? Bu suala isə Sahil Babayev cavab vermir.

xalq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.