Gəncə sakini 10 saylı ekologiya idarəsindən yazılan tənqidi məqaləyə etiraz edir
3-08-2024, 14:07
Teref yazır ki, redaksiyamıza müraciət edən Gəncə sakini M. Ələkbərov (özünü belə təqdim etdi) 21-07-2024 tyarixində bloqumuzda yerləşdirdiyimiz "10 SAYLI EKOLOGİYA İDARƏSİNİN RƏİSİ AZƏR QULİYEV GƏNCƏDƏ TƏBİƏT "TERRORÇUSU" KİMİ TANINIB" tənqidi məqaləsinin şişirdilmiş məlumatlara əsasən yazıldığını və birtərəfli işıqlandırıldığını nəzərimizə çatdırdı. Oxucumuz olduğunu qeyd edən M.Ələkbərov Gəncə sakini olduğunu və Gəncənin yaşıllıqlarının qorunması ilə məşğul olduğunu, şəhərdə yaşıllığın saxlanılmasında əslində 10 saylı Ekologiya İdarəsinin zəhməti olduğunu qeyd etdi. Qaldı ki, Azər müəllimin Gəncədə təbiət "terrorçusu" kimi tanınması ifadəsinə, bu sadəcə absurddur. Oxucumuz "Əgər həqiqətən tərəfsizsinizsə mənim dediklərimidə dərc edin!" deyərək mövqeyinin dərc olunmasını tələb etdi. Teref - Xocanın Bloqu olaraq qeyd edilən məqalənin müəllifi olmasaqda (müəllif aia.az saytı və şikayətçi Eldəniz Əbdürrəhmanov) müraciəti qarşı tərəfin mövqeyi kimi dərc etmək qərarına gəldik! TEREF