Dost, qardaş Özbəkistanla iqtisadi, siyasi əlaqələrin genişlənməsi yaxşıdır, ticarət dövriyyəmiz də artır ..... amma

24-08-2024, 11:18           
Dost, qardaş Özbəkistanla iqtisadi, siyasi əlaqələrin genişlənməsi yaxşıdır, ticarət dövriyyəmiz də artır ..... amma
Dost, qardaş Özbəkistanla iqtisadi, siyasi əlaqələrin genişlənməsi yaxşıdır, ticarət dövriyyəmiz də artır ..... amma, bizim ziyanımıza, Özbəkistanın xeyrinə artır.
Ən son rəqəmlərə, 2024-cü ilin ilik yarısının nəticələrinə baxaq: Bu ilin ilk altı ayında Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 91 milyon ABŞ dolları təşkil edib – bu ötən ilin eyni dövrünə nisbətən 14 % çoxdur.
Məsələnin problemli tərəfi odur ki, bu ilin ilk yarısında Özbəkistanın Azərbaycana ixracı keçən ilin ey dövrü ilə müqaisədə 36,2 % ARTIB, 77 mln. dollar təşkil edib.
Azərbaycanın Özbəkistana ixracı isə bu ilin ilk 6 ayında cəmi 14 mln. dollar olub ki, bu da keçən ilin eyni dövrü ilə müqaisədə 40,5% AZDIR. Yəni, Özbəkistanın bizə ixracı artır, bizim ixracımız isə azalır.
Özbəkistan bizə saflaşdırılmış misdən məftillər, borular, trikotaj parçalar, avtomobillər üçün kuzovlar, nəqliyyat vasitələri üçün mühərriklər və s. SƏNAYE məhsulları ixrac edir, bizim ixracımız isə neft-neft məhsulları, alüminium ərintiləri və bir az da şəkər, badam, fındıq olub. Yəni, Özbəkistan bizə İSTEHSAL etdiyi SƏNAYE məhsulları, biz isə onlara ya xammal, ya da aqrar məhsullar ixrac edirik – və, onlardan idxal ARTIR, bizim onlara ixracımız isə hər il AZALIR.
Ümid edək ki, hökumətimiz, heç olmasa, Özbəkistandan nəsə öyrənib ölkəmizdə tədbiq etməyə, onlar kimi kiçik-orta sahibkarlara dəstək olmağa başlayacaqlar. İqtisadi komandanın bacarıqsızliğı artıq ölkəmizə ziddi ziyan vurur, bizim Özbəkistan, Qazaxstandan kimi ölkələrdən belə geri qalmağımıza səbəb olur...
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.