Xaricdən alınan “Aİ-92” markalı benzin ucuzlaşıb

26-08-2024, 10:04           
Xaricdən alınan “Aİ-92” markalı benzin ucuzlaşıb
Bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 19 min 745,5 ton “Aİ-92” markalı benzin idxal olunub.

Idxal olunan benzinin gömrük dəyəri 16 milyon 984,4 min dollar olub.

1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 66 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,12 manata bərabər olur.

Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 71 sent və ya 1,21 manat olub.
Qeyd edək ki, Azərbaycan bu il “Aİ-95” markalı benzini aşağıdakı ölkələrdən idxal edib:

Rusiya – 14 611 ton (1 litr – 1,04 manat)

Bolqarıstan – 5 134 ton (1litr – 1,34 manat)

Onu da qeyd edək ki, bu ilin 29 iyun tarixində Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif Şurası “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 10 qəpik artıraraq 1,10 manata qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru