AR-sı Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyinin tələblərini pozanlar....
25-08-2024, 08:44
AR-sı Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyinin tələblərinin pozulmasının əsas səbəbi, onu pozan və ya əməl etməyən vəzifəli şəxslərin:
1.AR-n Əmək və Mülki Məcəlləsindənəzərdə tutulan qaydada - maddi məsuliyyətə,
2. AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada - inzibati məsuliyyətə,
3. AR Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada - cinayət məsuliyyətinə cəlb olunmamasıdır.
4. İşçilərin pozulmuş əmək hüquqlarının bərpası uğrunda mübarizə aparmaması və ya buna inamlarının olmaması, çox hallarda da haqlı olaraq,
5. Əmək Müfəttişliyinin əsasnamələrinə və qanuna uyğun öz funksiyalarını yerinə yetirilməməsi,
6. Həmkarlar ittifaqlarının bu sahədə öz funksiyalarını yerinə yetirilməmısi.
7. Məhkəmələrin: AR-nın Əmək Məcəlləsinə normativ hüquqi akt kimi baxmaması, əmək qanunvericiliyinin tələblərinin pozulması barədə qanuni və ədalətli qərar qəbul etməməsidir.
Halbuki, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa digər fiziki şəxslər Əmək Məcəlləsi ilə və digər əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada:
maddi, intizam, inzibati, cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.
TEREF