Dövlət Ekoloji Ekspertiza Agentliyi maşının üstünə aşmış ağacla bağlı məsələyə aydınlıq gətirdi

27-08-2024, 00:03           
Dövlət Ekoloji Ekspertiza Agentliyi maşının üstünə aşmış ağacla bağlı məsələyə aydınlıq gətirdi
Dövlət Ekoloji Ekspertiza Agentliyinin Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin aparıcı mütəxəssisi Hicran Babayeva adından

Bakı şəhəri, Tofiq Abbasov, 40 ünvanında qurumuş ağacın vətəndaşın avtomobilinin üzərinə aşması hadisəsi ilə əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyindən açıqlama verilib. Qurumun Təbiətdən istifadənin tənzimlənməsi şöbəsinin aparıcı mütəxəssisi Hicran Babayeva bununla bağlı təəssüf hiss keçirdiyini bildirərək, qeyd edib ki, olayın baş verdiyi adıçəkilən ünvandan qurumuş ağacın götürülməsi ilə bağlı Agentliyə hər hansı müraciət daxil olmayıb.
“Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə - yəni müvafiq olaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməlidir. Onlar da öz növbəsində rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət etməlidirlər. Nazirliyin müvafiq əməkdaşları tərəfindən sözügedən ağaclara baxış keçirilir və onların götürülməsinə müsbət rəy verildikdə mərkəzi, yerli icra hakimiyyəti orqanları və ya bələdiyyələr tərəfindən müvafiq qərar və yaşıllığın götürülməsi vərəqi əsasında ağacların götürülməsi həyata keçirilir. Buna götürülən hər bir ağacın əvəzinə dərhal yenisinin əkilməsi şərti ilə icazə verilir.
Ağacların budanması üçün isə rəy alınmasına ehtiyac yoxdur. Belə ki, torpaq mülkiyyətçiləri mütəmadi olaraq ərazilərində ağacların vəziyyətini yoxlamalı, yaşıllığa zərər vurmamaq şərti ilə aqro-texniki qulluq göstərməli, gövdə ətrafı bərkitmə işləri aparmalı, eyni zamanda qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağac və kolların götürülməsinə rəy alınması üçün isə Agentliyə müraciət etməlidirlər. Çünki ağac 1 həftəyə, 1 aya qurumur, odur ki, mütəmadi aqrotexniki qulluq göstərilməsi sayəsində həm yaşıllıqların ömrünü uzatmaq, həm də onları təhlükəsiz vəziyyətə gətirmək olar.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.