Proses başladı: bu şərt yerinə yetirilərsə, neft kəskin BAHALAŞACAQ

27-08-2024, 12:18           
Proses başladı: bu şərt yerinə yetirilərsə, neft kəskin BAHALAŞACAQ
Hazırda Brent markalı neftin qiyməti yüksəliş tendensiyası ilə 75-80 dollar/barel arasında tarazlaşır. 90, sonra isə 100 dollar/barel səviyyəsinə çatmaq üçün bir şərt yerinə yetirilməlidir. Söhbət bir-biri ilə əlaqəli olmayan, lakin birlikdə neft bazarına təsir edən bir neçə hadisənin eyni vaxtda baş verməsindən gedir.

Publika.az xəbər verir ki bu, bu barədə "RICOM-TRUST IC" analitik mərkəzin rəhbəri Oleq Abelev "Prime" agentliyinə bildirib.

"İlk növbədə, ABŞ-da xam neft ehtiyatları kəskin şəkildə azalmalı, anomal soyuq payız-qış mövsümünə görə onun istehlakı kəskin artmalıdır. Yaxın Şərqdə və Rusiya-Ukrayna xəttində münaqişələr fəal şəkildə məhdudlaşdırılarsa, neftin qiyməti bir barel üçün 90 dollara çata bilər. Bazar iştirakçıları arasında bütün bu amillərin uzunmüddətli perspektivdə ən azı növbəti rüb üçün işləyəcəyinə əminlik tələb olunur", - ekspert qeyd edib.

Neftin 90 dollara çatması üçün başqa bir şərt OPEC+ ölkələri tərəfindən kvotaları pozmadan onun hasilatının azaldılması və ya daha yaxşısı - əsas ixracatçılardan birinin hasilatı qəfil azaltması və ya tamamilə dayandırmasıdır. Belə ki, bazar ertəsi Liviyanın şərqində hökumət bütün yataqlarda fors-major hallar səbəbindən neft hasilatını və ixracını dayandırdığını elan edib. Həftənin əvvəlində bahalaşmanın səbəblərindən biri də bu idi. Gələcəkdə hər şey vəziyyətin necə həll olunacağından asılı olacaq.

“Əgər bütün bu amillər eyni vaxtda reallaşarsa, o zaman neft nəinki 90, bir barel üçün 100 dollar olacaq”, - deyə Abelev yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.