Bakı Oksford Məktəbini alan yoxdur, 2 milyon ucuzlaşdı - MƏBLƏĞ

28-08-2024, 10:44           
Bakı Oksford Məktəbini alan yoxdur, 2 milyon ucuzlaşdı - MƏBLƏĞ
Bakı Oksford Məktəbi yenidən Əmlak Məsələləri Dövlət Xidmətinin hərraclar mərkəzinin vasitəsilə satışa çıxarılıb.

Sözügedən bina Səbail rayonunda Badamdar qəsəbəsinldə yerləşir.

İyul və avqust aylarında satışa çıxarılan obyektin ilkin qiyməti 22,2 milyon manatdır.

Bundan öncə Bakı Oksford Məktəbi hərracda 24,7 milyona təklif olunub.

Xatırladaq ki, Bakı Oksford Məktəbi həbsdə olan Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus idi. Bina müsadirə edilib və satışa çıxarılıb.

Hərracda iştirak etmək istəyənlər 2,2 milyon manat beh verməlidirlər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru