Əhalinin banklardakı pulu niyə azalıb?

29-08-2024, 16:14           
Əhalinin banklardakı pulu niyə azalıb?
Baku TV paytaxt sakinləri arasında "pulunuzu bankda, yoxsa evdə saxlamağa üstünlük verirsiniz?", - sualı ilə sorğu keçirib.

Məlum olub ki, vətəndaşların çoxu banklara etibar etmir, tez-tez problem yarandığı üçün pulu evdə saxlamağın tərəfdarıdır.

"Həyat yoldaşımın kartından 5000 manat pul oğurlayıblar. Polisə müraciət etsək də, nəticə olmadı. Ona görə də, evdə saxlamaq daha yaxşıdır", - deyə sakin söyləyib.

Elə rəsmi göstəricilər də bu fikirlərlə üst-üstə düşür. Belə ki, əhalinin banklardakı vəsaitləri azalmağa başlayıb.

Mərkəzi Bankın məlumatına görə, əhalinin əmanətləri 2024-cü ilin iyun ayı ilə müqayisədə iyulda 217 milyon 400 min manat az olub.

Ümumilikdə isə bir ay ərzində kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlər 1 milyard 263,3 milyon manat azalıb. Mərkəzi Bank isə bəyan edib ki, əmanətlərin azalması "Naxçıvanbank"ın lisenziyasının ləğv olunması ilə bağlıdır. Rəsmi məlumata görə, bu bankda hələ 2023-cü ilin sonunda cəmi 63 milyon 418 min manat depozit olub. Lakin kredit təşkilatlarındakı sözügedən azalma bundan dəfələrlə çoxdur.

Daha ətraflı Baku TV-nin materialında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru