Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?

31-08-2024, 08:04           
Seçki günü "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə səs vermək mümkün olacaqmı?
Səsverməyə 2 gün qalıb. Qanunvericiliyə görə səsverməyə gələn seçici məntəqədə seçki bülleteni almaq üçün komissiya üzvünə şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Maraqlı məqam odur ki, artıq bizdə eyni hüquqi qüvvəyə malik 2 formada şəxsiyyət vəsiqəsi var: fiziki daşıyıcıda olan adi şəxsiyyət vəsiqəsi və rəqəmsal şəxsiyyət vəsiqəsi.
Yeni qanunvericiliyə görə artıq ölkəmizdə myGov portalı üzərindən təqdim edilən şəxsi məlumatları özündə əks etdirən "rəqəmsal şəxsiyyət vəsiqəsi" ilə fiziki daşıyıcıda olan şəxsiyyət vəsiqəsi eyni hüquqi qüvvəyə malikdir.
Onda belə qənaətə gəlmək olar ki, artıq Məntəqə Seçki Komissiyaları üzərində yalnız "rəqəmsal şəxsiyyət vəsiqəsi" olan və smartfonu vasitəsilə bunu təqdim edən seçiciləri də seçki məntəqəsində qarşılamağa hazır olmalıdırlar.
MyGov portalı üzərindən təqdim edilən "rəqəmsal şəxsiyyət vəsiqəsinin" doğruluğunu yoxlamaq, QR kod oxumaq üçün nəzərdə tutulan "myGov Checker" tətbiqi də komissiya üzvlərinin telefonlarına yüklənməlidir.
Bununla bağlı izahedici materiallar nədənsə paylanmayıb və gözə dəymir. Güman ki, seçicinin daha müasir və yeni identifikasiya forması ilə bağlı təlimatlar komissiya üzvlərinə verilib.
Ümid edirəm səsvermə günü "rəqəmsal şəxsiyyət vasiqəsi" ilə səs vermək istəyənlər problemlərlə üzləşməyəcəklər.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.