Məşhur əczaçılıq şirkəti cəzalandırılır - Külli miqdarda CƏRİMƏ

31-08-2024, 11:14           
Məşhur əczaçılıq şirkəti cəzalandırılır -
Dövlət Gömrük Komitəsi (DGK) “Alfa-N Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, DGK şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və iş hakim Mətanət Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyətə başlayan “Alfa-N Company” əczaçılıq şirkətidir və Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən fəaliyyət göstərən şirkət xarici əczaçılıq zavodları və şirkətləri ilə əməkdaşlıq edir. Şirkətin təsisçisi və baş direktoru Hadıyeva Nailə Salman qızıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.