Balıq ovu qadağasının bitməsi bazarda qiymətləri endirəcək

31-08-2024, 15:34           
Balıq ovu qadağasının bitməsi bazarda qiymətləri endirəcək
Sənaye balıq ovuna tətbiq edilən qadağanın müddəti sentyabrın 1-də bitir. Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən tətbiq olunan bu qadağa ilə əlaqədar 4 aydır ki, balıq bazarlarında yalnız xaricdən gətirilən məhsullar satışa çıxarılırdı.

Balıq satışı ilə məşğul olan İlkin Novruzov bildirib ki, qadağa müddətinin başa çatması balıq qiymətlərini endirəcək.

Onun sözlərinə görə, qadağa ilə əlaqədar alıcıların ən çox sevdiyi kütüm balığına az rast gəlinirdi. Olanlar da xaricdən gətirildiyi üçün qiyməti yüksək idi.

Bu arada, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi nəzərə çatdırıb ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməldir.

Kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda, qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir.

Əks halda, həmin şəxslər inzibati xətalar məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

Ətraflı "Xəzər Xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru