Elxan Əzizov 13 milyonluq nə alır?

31-08-2024, 15:44           
Elxan Əzizov 13 milyonluq nə alır?
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC daha bir tender elan edib.

Tender hökumət buludu layihəsi çərçivəsində mövcud şəbəkənin genişləndirilməsi məqsədilə avadanlıqların satın alınması ilə bağlıdır.

“AzInTelekom” satınalmanın 13 milyon manata başa gələcəyini ehtimal edir. Buna baxmayaraq, alınması nəzərdə tutulan avadanlıqların adı göstərilməyib.

Bu gün elan olunan tender üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi oktyabrın 14-ü müəyyənləşib.

Qeyd: MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizovdur. O, 2022-ci ilin əvvəlindən bu vəzifədədir.



İqtisadiyyat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru