Bu məktəbli formaları sağlamlıq üçün təhlükəlidir? - BTE-dən açıqlama
1-09-2024, 00:10
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa məktəbli geyimlərinin sintetik parçadan hazırlanmasına irad bildirib.
Bu cür parçalardan hazırlanan formaların uşaqların sağlamlığı üçün təhlükə yaratdığını vurğulayan millət vəkili bu məsələyə ciddi yanaşmaq lazım olduğunu deyib.
Bununla bağlı “Bakı Tikiş Evi”nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov "Cebheinfo.az"-a açıqlamasında bildirdi ki, burada söhbət məhz avtobus dayanacaqlarında satılan saxta məktəbli formalarından gedir:
"Bizim fabrikimiz rəsmi müəssisədir və tikilən məktəbli köynəklərin 95 %-i pambıq, şalvar və ətəklərin 60 %-i yun, 40 %-i isə polyesterdir. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi qərara uyğundur.
Yəni bu məktəbli formalarının sertifikatı, 1 il zəmanəti var. Heç bir təsadüfi yerlərdə bizə aid məktəbli formaları satılmır. 11 satış məntəqəmiz var, məhsullar da yalnız həmin mənqətələrdə satılır. Məktəbli formalarının parçaları isə Belarusiyadan və Türkiyədən gətirilir".