Növbə üsulu ilə işləyən işçilərin iş vaxtının rejimi aşağıdakı qaydada tənzim olunur və hər bir işəgötürənin bu qaydalara əməl etmək vəzifə borcudur

1-09-2024, 08:04           
Növbə üsulu ilə işləyən işçilərin iş vaxtının rejimi aşağıdakı qaydada tənzim olunur və hər bir işəgötürənin bu qaydalara əməl etmək vəzifə borcudur
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: növbə üsulu ilə işləyən işçilərin iş vaxtının rejimi aşağıdakı qaydada tənzim olunur və hər bir işəgötürənin bu qaydalara əməl etmək vəzifə borcudur:
Əmək Məcəlləsinə əsasən, qeydiyyat (uçot) dövründə, növbəli iş vaxtının müddəti Əmək Məcəlləsi ilə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə müəssisədə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz
İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası, yəni, növbə üsulu ilə işləyən müəssisələrdə bu Qaydalar əsasən 3 əsas sənədlə müəyyən edilir:
1. Kollektiv müqavilələr ilə.
2. Əmək müqavilələri ilə.
3. Müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya normativ xarakterli sənədlərlə.
Bütün bu qaydalar hər bir halda işçilər və ya əmək kollektivini təmsil edən həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırılır.Bu qaydalar işəgötürən tərəfindən birtərəfli qaydada dəyişdirilə bilməz.
İş növbəsi (günü) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilələr verilməlidir.
Növbə ərzində işçilərə fasilələrin verilməsi vaxtı, davamiyyəti müəssisə daxili intizam qaydaları, növbə cədvəlləri,əmək müqaviləsi, kollektiv müqavilər ilə müəyyən edilir.
Növbə ərzində işçilərə iş və əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və davamiyyətini müəyyən etmək mümkün olmadıqda, işəgötürən işçiyə nahar etməyə şərait yaratmalıdır.
İşçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır.
Növbəli iş vaxtı rejimində işçilərin - istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
Növbə ərzində: işçilərə verilən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir və ödənilmir.
İstirahət və nahar fasilələrindən işçi öz istək və mülahizəsi əsasında istifadə edə bilər.
Nöbbə ərzində normadan artıq işləyən işçilərin əmək haqqları ikiqat məbləğdə ödənilir.
Növbə ərzində: şənbə və bazar günü istisna olmaqla, istirahət, bayram və digər qeyri iş günlərinində işçilərin əmək haqqı ikiqat məbləğdə ödənilir.
Azər Quliyev,
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.