Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda sakinlərin Albert Aqarunov küçəsinin Əhməd Rəcəbli küçəsi istiqamətindən giriş hissəsində qarşılaşdığı problemə toxunulub.
Belə ki, dairəyə daxil olandan sonra sürücülər piyada keçidinin yanındakı ağacın yaratdığı maneəyə görə piyadaları görə bilmirlər. Piyadalar da öz növbəsində avtomobillərin axınını hiss edə bilmir və nəticədə qəza riski yaranır.
Maraqlıdır, əgər burada piyadavurma hadisəsi baş versə, məsuliyyəti kim daşıyacaq?