Xarici ölkələrdə istirahət qiymətlərinin artması bölgələrə üz tutanların sayını artırdı

1-09-2024, 15:54           
Xarici ölkələrdə istirahət qiymətlərinin artması bölgələrə üz tutanların sayını artırdı
Bu il Azərbaycanın bölgələrinə istirahət üçün üz tutanların sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, turizm üzrə ekspertlər bildiriblər ki, bu il yay aylarında istirahət üçün xaricə gedənlərin sayı azalıb. Bölgələrdə hotellərdə doluluq bu il pik həddə olub. Bunun əsas səbəblərindən biri isə azərbaycanlıların istirahət üçün ən çox üz tutduğu ölkələrdə qiymətlərin artmasıdır.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması da turist axınına səbəb olub. Eyni əraziyə bir neçə dəfə səfər edənlər də var.

Ekspert onu da vurğulayıb ki, istirahət zonalarının sayı artsa da, qiymətlərdə enmə müşahidə edilmir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru