Valideynlik hüququndan məhrum olunan şəxs aliment ödəməlidir?

1-09-2024, 12:38           
Valideynlik hüququndan məhrum olunan şəxs aliment ödəməlidir?
Uşağın valideynlərindən biri uşaqla qəddar davranışa görə valideynlik hüququndan məhrum edilir. Əks tərəfin isə uşağı tək saxlamaq imkanı yoxdur. Bu halda valideynlik hüququndan məhrum olunan tərəfdən aliment tələb etmək mümkündürmü?

Oxu.Az xəbər verir ki, belə bir məsələ sosial şəbəkədə müzakirə mövzusu olub.

Sualı hüquqşünas Emil Aslanova ünvanladıq.

Hüquqşünas Oxu.Az-a açıqlamasında bunun mümkün olduğunu diqqətə çatdırıb.

"Vətəndaş valideynlik hüququndan məhrum edildikdə belə aliment ödəməlidir. Çünki aliment ödəmək onun vəzifəsidir. Ona görə də qarşı tərəf alimentin ödənilməsi ilə bağlı tələb irəli sürə bilər.

Ailə Məcəlləsinin 66.2-ci maddəsində də qeyd edilir ki, valideynlik hüquqlarından məhrumedilmə valideyni uşaqları saxlamaq vəzifəsindən azad etmir", - deyə hüquqşünas vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul, yəni aliment ödəməyə borcludurlar.

Əzizə İsmayılova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru