Aİİ ölkələrində dövlət borcu nə qədər artıb?
6-09-2024, 16:34
Ermənistan və Qırğızıstanın dövlət borcunun strukturunda xarici borc, Qazaxıstan və Rusiyada isə daxili borc üstünlük təşkil edir.
İyulun 1-nə Belarus istisna olmaqla, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin ümumi dövlət borcu 15,9 milyard dollar artaraq 383,6 milyard dollara çatıb. Üstəlik, artım məhz daxili borcun artması hesabına təmin edilib, Aİİ ölkələrinin xarici borcları isə 5,61% və ya 4,7 milyard dollar azalaraq 79,1 milyard dollar təşkil edib.
İl ərzində xarici borcunu ən çox bu ölkələr azaldıb:
Qazaxıstan - 8,38%
Rusiya - 5,51%
Ermənistan - 3,13%
Qırğızıstan - 0,69% azaldıb.
Cari ilin birinci yarısında ittifaqa üzv olan bütün ölkələrdə daxili borc artıb. Belə ki, Qazaxıstanda artım 0,43%, Rusiyada 8,02% təşkil edib. Daxili borcun ən güclü artımını Ermənistan və Qırğızıstan göstərib - müvafiq olaraq 25,5% və 58,33%.
Burada vacib məqam Ermənistan və Qırğızıstanın dövlət borcunun strukturunda xarici borcun, Qazaxıstan və Rusiyada isə daxili borcun üstünlük təşkil etməsidir.
Belə ki, Ermənistanda xarici borclanmalar 51,4% təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz bəndi azdır. Qırğızıstanda isə bu göztərici 70,8%-dir (75 faiz bəndi azalma).
Qazaxıstan və Rusiyada dövlət borcunda daxili borc müvafiq olaraq 75,1% və 82,5% təşkil edir.
Bundan başqa, hər iki ölkədə daxili borcun payı, Qazaxıstan Respublikasında 1,7 faiz bəndi, Rusiya Federasiyasında 2 faiz bəndi artıb.