Ordumuz Türkiyə standartları ilə qurulur - Nədən başqa sahələrdə Türkiyə modelindən istifadə etmirik?

6-09-2024, 10:45           
Ordumuz Türkiyə standartları ilə qurulur - Nədən başqa sahələrdə Türkiyə modelindən istifadə etmirik?
Səhər Türkiyə ilə konfederasiya modeli haqqında qəsdən provokativ post yazdım, reaksiyaları yoxlamaq istədim, amma məsələnin məğzini az insan tutdu, qısa izah edim: Azərbaycan deyir ki, Qərb pisdir, işimizə qarışırlar, ikili standartlarla davranırlar, qərəzlidirlər və s., eyvallah, olsun, hökumət elan edib ki, Ordumuz Türkiyə standartları ilə qurulur – qürurlu gedişatdır, effektiv yanaşmadır, doğru və uğurlu yoldur. O zaman nədən bir tək Ordumuzu Türkiyə standartları ilə qururuq ki?! Daha irəli gedək, məsələn, Türkiyədə olan Bələdiyyə sistemini örnək alaq, ən azı elə qardaş ölkədə olduğu kimi (ondan artığını istəmirik) media azadlığı təmin və seçki institutunu bərpa edək – məntiqli yol bu deyilmi?! Nədən vergi-gömrük sistemini də Türkiyədən götürməyək, turizmin inkişaf modelini onlardan almayaq?!
Bir daha – hökumət demirmi ki, Qərb pxıdı, kakadı, Şimaldan, Cənubdan təhlükələr var, və o təhlükələri Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi sığortalayıb, o zaman elə qardaş ölkənin yerli özünüidarə, seçki, media, sivil toplum, vergi-gömrük, turizm, istehsala yanaşma sistemini də mənimsəyək ki, Ordumuz, təhlükəsizliyimiz kimi bu sahələrdə də uğur qazanaq, nə deyirsiz?!
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.