İşçilərin qanunla müəyyən edilmiş hüquqlarını pozanlar maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
6-09-2024, 11:44
ARƏM Maddə 310. deyir ki: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. SOCAR Azneft İB Neft Daşları 1ci, 2ci, 4cü və 5ci mədənin özüllərinin işçiləri: Bu dəqiqə "Zəfər" gəmisindəyik. Düz saat 2-dən( 9 saat) çıxmışıq özüldən. Hələ də çatmamışıq qırağa.Bunun da bir mühərriki sıradan çıxıb. Bir tərəfli işləyərək gəlirik.9 saatdır çıxmışıq .İçməyə 10 litrlik su gətirdilər.O da 80 nəfərə çatmadı.Deyirik ki, niyə bəs belə bir mühərriklə yola çıxdıq? Deyirlər ki, guya MPK ya PSK ilə gələndə bundan tez gəlirsiz? Özlərini çooox dikbaş aparırlar. Bunlar bizim növbə dəyişimini həyata keçirilər bugün. Şəhərdən gələndə normal gəlirmişlər.Birdən Çilov adasını keçəndə mühərriyin biri sıradan çıxır.Neft daşlarına elə- elə gəliblər. Yəni xəbərləri var idi. Vallah əgər əvvəldən müdiriyyətə desəydilər ki, vəziyyət belədir, biz heç yola çıxmazdıq. Neft daşlarında gecələyib səhər Qara Qarayevlə qayıdardıq. Mirvari Gahramanli TEREF