Naxçıvnda cib bıçaqlarının satışı qadağan olunub - İDDİA

6-09-2024, 12:44           
Naxçıvnda cib bıçaqlarının satışı qadağan olunub - İDDİA
Naxçıvanda ölçüsündən asılı olmayaraq, cib bıçaqlarının satışı qadağan olunub. Bu haqda “Gündəlik Naxçıvan”a xırdavatla məşğul olan dükan sahibləri məlumat veriblər. Onlar bildirirlər ki, polis dükanları gəzərək, bıçaqları müsadirə edir, dükançıları isə cərimələyir.
Adının çəkilməsini istəməyən dükançılardan biri bildirir ki, polis həbslə hədələməklə onlardan rüşvət alır:
“Uzun illərdi ki, dükanımda kiçik, barmaq boyda bıçaqlar satıram. İndi polis gəlib deyir ki, bu soyuq silahdı, cinayət məsuliyyəti daşıyırsan. Barmaq boyda bışaq necə soyuq silah sayıla bilər? Polis dedi ki, ya cinayət işi açılacaq, ya da 500 manat verməlisən. Məcbur qalıb, istədikləri rüşvəti verdim. Bıçaqların da hamısını müsadiər edib, apardılar. Bıçaq satılan bütün dükanları yoxlayırlar”.
Naxçıvan MR DİN də bəyanat yayaraq, cib bıçaqlarının sayışına qarşı tədbirlərə başladıqlarını bildirib. Məlumata görə, təkcə dünən 109 ədəd bu cür bıçaq müsadirə olunub.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru