Avtomobillərin texniki baxışı zamanı qanunsuz hallar üzə çıxdı - Video

7-09-2024, 07:53           
Avtomobillərin texniki baxışı zamanı qanunsuz hallar üzə çıxdı - Video
Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bir sıra hüquqazidd hallar aşkarlanıb.

AzFakt.com Baş DYP İdarəsinə istinadən xəbər verir ki, Müayinə mərkəzində görülən tədbirlər nəticəsində dövlət qeydiyyat nişanları standartın tələblərinə uyğun gəlməyən, şassi və mühərrik nömrələri qeydiyyat məlumatları ilə uyğunsuzluq təşkil edən, habelə üzərində çoxsayda ödənilməmiş inzibati cərimələr olan avtobus və yük avtomobilləri müəyyən edilib. Həmin nəqliyyat vasitələri müvafiq yoxlama aparılması üçün saxlanılıb və cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

İdarə sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək onları qanunla üzərilərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyə, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, eləcə də qeydiyyat məlumatlarında uyğunsuzluğa səbəb olan əməllərdən çəkinməyə çağırıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru