ŞOK! Avtoqəzaların səbəbi ortaya çıxdı - Bu “zapçast”lar ölümə yol açır
10-09-2024, 17:18
“Uzun illərdir ki, “Azad İstehlakçılar” İctimayi Birliyinə (AİİB) ölkənin əmtəə bazarında saxta, standartlara uygun olmayan avtomobil hissələrinin satıldığına dair məlumatlar, şikayətlər gəlir və hətta bu günlərdə istehlakçılar tərəfindən saxta avtomobil hissəsinin nümunəsi də ofisimizə gətirilib”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında AİİB-nin sədri Eyyub Hüseynov bildirib. Ekspert məsələ ilə bağlı bir sıra məqamlardan söz açıb:
“Hökumətin sahibkarlar üçün yaratdığı kifayət qədər rahat şəraitdən sui-istifadə edən “işbazlar”, yalnız avtomobil hissələri deyil, digər növ saxta mal satanlar da söyləyirlər ki, bu, əsl maldır, qiyməti bahadır, digəri isə saxta maldır, qiyməti ucuzdur. Bütün sektorlarda malların çox böyük əksəriyyətinin, ümumiyyətlə, heç bir mənşə sənədləri satış şəbəkəsində olmur. Bu hal Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 saylı qərqrının “Malların satılmasına dair” 5-ci bəndinin pozulmasıdır! kapital bank vakansiya
AİİB hazırda “Hundai” avtomobillərinin saxta hissələrinə dair araşdırma aparıb və təsadüfi deyil ki, bu marka avtomobilləri istehsal edən Cənubi Koreya şirkətinin mütəxəssisləri Azərbaycanda saxta “Hundai” avtomobil hissələrinin satışından narahatlığını bildirərək, bu işlərə nəzarət etməyə cavabdeh dövlət orqanlarınına 23 avqust 2023-cü ildə saxta hissələri tanımaq və əmtəə bazarında satışını məhdudlaşdırmaq məqsədilə treyninqlər də keçiblər. Lakin vəziyyət düzəlməmiş və saxta avtomobil hissələri əmtəə bazarına daxil olmaqla avtomobil istehlakçılarının həyatında, heç bir dövlət qurumu tərəfindən araşdırılmayan və ya araşdırılsa da gizli saxlanılan acınacaqlı nəticələrini qoymaqdadır!”
Ekspert qeyd edib ki, paradoksal və təəccüblü haldır ki,”Hundai” avtomobillərini və hissələrinin eksküliziv distrübüteri olan“Avto Azərbaycan” MMC şirkəti bazarda baş verən bu xaosa qarşı heç bir iş aparmır:
“Şirkət seyrçi mövqe nümayiş etdirir, bu da başqa bir sual doğurur?! Hətta araşdırmalar göstərir ki, “Avto Azərbaycan”MMC-ni “Hundai” markali avtomobil hissələrilə təmin edən Koreyanın “MOBİS” şirkəti hələ 2018-ci ildə əmtəə nişanını Azərbaycanda Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyata aldırmışdır.
Rəsmi qeydiyyata alınmış əmtəə nişanı ilə ölkəyə saxta avtomobil hissələrinin idxal olunmasına nə ad vermək olar? Gömrük orqanları hara baxır, onda Əqli Mülkiyyət Agentliyi nəyə lazımdır, nə üçün əlaqəli işləmirlər?
AİİB-nin araşdırması əsasən “Hundai “avtomobil hissələrinin aşağıdakı adlarda qeyd olanlarının saxta variantlarını mövcudluğunu üzə çıxarmışdır:
1.Əyləc qəlibləri 2 .Yanacaq filterləri 3.Yağ filteri 4.Hava filterləri 5.Mühərrik qayışı 6. Hidravlik tarımlayıcı 7.Sükan lenti 8.yağ karteri 9. Yağ nasosu 10.Salniklər 11 Porşenlər 12.Val 13.Vanus(valın boyunluğu) 14 Mühərrik təmir desti 15. Mühərrik yastığı 16.Muftalar 17. Alışqan şamları 18. Əyləc diski 19. Amartizatorlar 20. Sürgü qolları 21.Porşen üzlüyü 22. Zəncir dəsti və sair
Qeyd olunan saxta avtomobil hissələrinin hər birinin avtomobil istehlakçılarının (sürücülərin) həyat təhlükəliliyi və maddi itkilər, ümumiyyətlə, avtomobilin tam sıradan çıxması üçün özünəməxsus təsirləri vardır.
Məsələn AİİB-in ofisində olan saxta yağ filterini tərəziyə qoyduqda orijinaldan yüngül gəlməklə bərabər, filterin daxilində olan klapanın orijinaldan fərqli olaraq, hündür olması, avtomobılin xəbərdarlıq informasiya panelinə doğru olmayan informasiyanı ötürməklə, avtomobilin mühərrikinin tam sıradan çıxmasına səbəb olur. Saxta filterdə istifadə olunan təmizləyici qatların miqdarı azdır ki, bu da filterın qalıqları saxlamasına şərait yaratmır. Və ya saxta termostat lazımi temperatur rejimində klapan uyğun funksiyanı yerinə yetirmir, məlumat panelinə doğru informasiya ötürülmür, saxta şamlar, yanma rejiminin pozulması avtomobilin mühərrikinin sıradan çıxmasına, saxta əylənc yastıqları, diskin sıradan çıxması və təhlükələrə səbəb olur. Üstəlik Babək prospektində yerləşən “Korea avtomobil hissələri”(Köhnə adı Fovarit)dükanından(0775022233;0504003450;0504003460) alınıb AİİB-in ofisinə gətirilmiş bu saxta hissələr-yağ filteri-7azn, termostat-20azn üçün ödəniş müqabilində verilən maliyyə sənədi də saxtadır, rəsmi kassa çeki deyildir. Bu hal Babək pr-ti, Maşın bazarı Avto Mall1,sira1,mərtəbə1,mağaza 26-dan(0773150901) 6azn-ə filter satılmış dükanda da təkrar olunur, yəni saxta “maliyyə” sənədi verilir. Əksər saxta mal satışı yerlərində, istehlakçı hər hansı maliyyə sənədi tələb etdikdə, hətta saxta “Qimə Fakturanı”da vermirlər, yəni, iz qoymurlar. Saxta hissələrin markalanmasında istehlakçıları aldatmaq məqsədilə əksər hallarda “Mobis” qaloqramından istifadə olunur, filterlərin isə açıq tərəfi üstəlik xüsusi dizaynlı örtüklə örtülür. Saxta filterlər orjinaldan fərqli olaraq, nisbətən böyük, tünd rəngli karton qutuya qablaşdırılmışdır.Vizual olaraq termostatlarda da bu kimi fərqi hiss etmək olar.
AİİB-in araşdırmaları göstərir ki, kommersiya qurumları və liberal bazar iqtisadiyyatı üçün yaradılmış mövcud şəraitdən sui-istifadə edən çoxsaylı fiziki və hüquqi şəxs müxtəlif ölkələrdən -Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə Respublikası, Koreya Respublikası, Rusiya Federasiyasından Hyundai markalı avtomobillərə məxsus müxtəlif növdə saxta hissələri idxal edirlər:
“Saxta avtomobil ehtiyat hissələrinin satıldığı yerlər əsasən Bakı şəhəri, Babək prospektində yerləşən “Avto Mall” ticarət mərkəzində,“Korea avtomobil hissələri” (Köhnə adı Fovarit) və həmin prospektdə yerləşən çoxsaylı mağazalardır. Ümumiyyətlə, saxta avtohissələr ölkəmizin bütün ərazisində geniş şəbəkə ilə satılır. Bazarda bu sahədə olan xaos haqsız rəqabət mühiti yaratmaqla, istehlakçıların hüququnun pozulması, onların aldadılması ilə müşayiət olunan keyfiyyətsiz mallarla təminatına səbəb olur. Müşahidələr göstərir ki, yol nəqliyyat hadisəsi yaşandıqda əsasən sığorta şirkətləri də bu “fürsəti” əldən vermirlər, yəni, saxta avtomobil hissələrindən yetərincə istifadə etməklə məbləği “orijinal” adıyla artırırlar.
Bununla bağlı digər problem avtotəmir məntəqələrinin əksəriyyətində saxta avtomobil hissəsindən geniş istifadə olunması, avtomobilini təmir etdirən şəxslərlə heç bir müqavilə bağlanılmaması, ödənilən məbləğ müqabilində rəsmi maliyyə sənədinin verilməməsi, xidmətdən istifadə etmiş istehlakçı, ustanın səhvi üzündən hadisə törədib hətta dünyasını dəyişsə belə, sonuncu dəfə harada, hansı usta tərəfindən avtomobilin təmir edilməsinə dair heç bir faktın olmamasıdır. Bunlar hamısı ciddi istehlakçı və dövlətin qanunlarının pozulmasıyla bağlı məsələlərdir. Araşdırma göstərir ki, təkcə “Hundai” saxta hissələrinin mal dövriyyəsi illik təqribən 2 000 000 manatdan yüksəkdir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə - saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Tək “Hundai” avtomobil hissələrinin deyil, digər markalı avtomobil hissələrinin saxtaları da əmtəə bazarında geniş şəbəkə ilə satılır, niyə müsadirə edilmir, nə üçün dövlətin qanunlarına əməl edilmir?”
Qeyd edək ki, AİİB “Hundai” markalı saxta avtomobil hissələrinin geniş şəbəkə ilə satıldığı ticarət məkanlarını araşdıraraq Prezident Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, AR-nin Gömrük Komitəsinə,Daxili İşlər Nazirliyinə, Vergi Xidmətinə ,Dövlət Təhlükəsizlik Xidmətinə, və Əqli Mülkiyyət Agentliyinə rəsmi məlumatlar göndərib.
Aytac Şahin