"Mənim üçün də bu bankın ay ərzində bu qədər məhkəmə çəkişməsinin olması təccüb doğurur" - `UniBank`-da NƏ BAŞ VERİR?

10-09-2024, 15:49           
 "Mənim üçün də bu bankın ay ərzində bu qədər məhkəmə çəkişməsinin olması təccüb doğurur" - `UniBank`-da NƏ BAŞ VERİR?
Bu gün ən çox məhkəməyə verilən bank “Unibank”dır. 5 sentyabr tarixindən 5 oktyabr tarixinə qədər olan bir aylıq müddətdə bu bankla bağlı məhkəmədə min prosesə baxılacaq. Bu proseslərdən bəziləri ötən aylardan və hətta ötən illərdən qalma proseslərdir. Məhkəmə çəkişmələri arasında adi vətəndaşlarla olan proseslər də var, ayrı-ayrı dövlət qurumları, MMC-lər, şirkətlərlə olan işlər də.

Tribunainfo.az xəbər verir ki, “Unibank” bu gün ən çox kreditorlarla problem yaşayır. Belə ki, ay ərzində bankın min məhkəmə işindən cəmi 46-sı inzibati mübahisə, kommersiya mübahisəsi, cinayət işi və məhkəmə qətnamələri ilə bağlıdır. 954 proses işə mülki işdir. Bu işlərin əksəriyyəti də isə vətəndaşların banka qarşı qaldırdığı iddialardır.

Mövqu ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu ondan xəbər verir ki, “Unibank”ın problemli kreditləri həddən artıq çoxdur və bank bu problemləri məhkəmə yolu ilə həll etməyə üstünlük verir:

“Mənim üçün də bu bankın ay ərzində bu qədər məhkəmə çəkişməsinin olması təccüb doğurur. Ancaq onu da qeyd edim ki, digər banklarda, xüsusilə “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”nda məhkəmə işlərinin az olması heç də həmin banklarda vəziyyətin yaxşı olması anlamına gəlmir. Düzdü, say etibarilə görünən odur ki, “Unibank”ın problemli kreditləri çoxdur. Ancaq digər banklarda problemli kreditlərin sayı azdır demək də olmaz. Sadəcə bəzi banklar problemli kreditləri məhkəmədən kənar başqa yollarla da həll etməyə üstünlük verirlər. Görünən odur ki, “Unibank” bu cür problemləri məhkəmə qaydasında həll etməkdə daha maraqlıdır.
Məsələn, digər banklar belə problemləri inzibati resurs vasitəsilə, kollektorlarla, qoçuluq, hədə-qorxu ilə, bəzən hüquq mühafizə orqanlarını bu işə cəlb etməklə həll edirlər. “Unibank” isə bir başa məhkəməyə verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.