“Veysəloğlu” Şirkətinə yeni mətbuat katibi təyin olundu - AÇIQLAMA

12-09-2024, 10:47           
“Veysəloğlu” Şirkətinə yeni mətbuat katibi təyin olundu - AÇIQLAMA
“Veysəloğlu” Şirkətlər Qrupunun Mətbuat Xidmətinə yeni rəhbər təyin olunub.

Modern.az xəbər verir ki, bu vəzifəyə jurnalist Məhəmmədəli Qəribli təyin olunub.

Bu barədə məlumatı jurnalistin özü təsdiqləyib.

“Artıq sentyabr ayının əvvəlindən yeni vəzifəmin icrasına başlamışam. Şirkət və ona aid olan biznes subyektləri böyük və əhatəli olduğu üçün yeni iş yerimdə bir qədər adaptasiya olunmağım, strukturla ətraflı tanışlığım lazımdır. Hələlik bu proses uğurla davam edir. Çalışacağıq ki, “Veysəloğlu” Şirkətlər Qrupu ilə media münasibətləri bundan sonrakı mərhələdə daha səmərəli və effektiv məcrada davam etsin. Media nümayəndələrinin “Veysəloğlu” Şirkətlər Qrupunu əhatə edən mövzularla bağlı istənilən suallarını, günün istənilən saatında cavablandırmağa hazıram”.

M.Qəribli bu təyinatadək "Bakı xəbər" qəzetində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru