Azərbaycanda elektrik və hibrid avtomobillərin kreditləşməsi kəskin artıb

13-09-2024, 18:34           
Azərbaycanda elektrik və hibrid avtomobillərin kreditləşməsi kəskin artıb
Mərkəzi Bank tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb.
2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib. Bu barədə Mərkəzi Bankdan bildiriblər.
Məlumata görə, Mərkəzi Bank tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb.
Mərkəzi Bank 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə öz təkliflərini irəli sürüb və bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, Mərkəzi Bank tərəfindən 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə olunmasında kredit şərtlərində aparılmış yumşalmalar və qaydalara edilmiş dəyişikliklər növbəti dövrlərdə bu növ nəqliyyat vasitələrinin kreditləşməsinə və sığortalanmasına pozitiv təsir göstərib. Həyata keçirilmiş bu təşəbbüslər adıçəkilən nəqliyyat vasitələrinin kreditlə alınmasında əlçatanlıq səviyyəsini artırıb.
Mərkəzi Bank "Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması" tədbiri çərçivəsində əsas icraçı qurum kimi aparılan müzakirələrdə aktiv iştirak edərək bu istiqamətdə maliyyə əlçatanlığının artırılmasına öz töhfəsini verir. Bu tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi"ndə öz əksini tapır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.