Bu il Azərbaycanda qızıl istehsalı 7%-dən çox artıb

14-09-2024, 09:34           
Bu il Azərbaycanda qızıl istehsalı 7%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 476,4 kq qızıl, 2 061,9 kq gümüş istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qızıl istehsalı 2023-cü ilin yanvar-avqust aylarının göstəricisindən 7,3 % çox, gümüş istehsalı 24,1 % az olub.

Ötən 8 ay ərzində Azərbaycanda mis konsentratının istehsalı 112 ton olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 94,7 % azdır.

Bu ilin sentyabrın 1-nə ölkədə 278 kq qızıl, 593,9 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə bu ilin sentyabrın 1-nə 25,9 ton təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru