Vətəndaşlara baha satılan mallar: Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir

17-09-2024, 00:13           
Vətəndaşlara baha satılan mallar: Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 177,6 ton ət idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan ətin 1 kiloqramının orta gömrük dəyəri 2,2 dollar (3,8 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 26 min 723 ton ət idxal olunub və 1 kiloqramının orta gömrük dəyəri 2 dollar (3,4 manat) olub.

Məlumat üçün bildirək ki, Azərbaycana xaricdən əsasən dondurulmuş toyuq əti və dondurulmuş iribuynuzlu heyvan əti gətirilir. Dondurulmuş toyuq ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat), dondurulmuş iribuynuzlu heyvan ətinin 1 kiloqramının orta gömrük dəyəri isə 4 dollar (6,9 manat) təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru