Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan şeir: Anar Elza ilə bağlı suallardan boyun qaçırdı VİDEO

17-09-2024, 11:38           
Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan şeir:
Azərbaycanın Əməkdar artisti Elza Seyidcahanın təhqirlərlə dolu son şeiri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Sakinlərin əksəriyyəti bildiriblər ki, Əməkdar artist belə şeirlər yazdığı üçün Yazıçılar Birliyindən çıxarılmalıdır.

"Elza şeir yaza bilmir. Onun yazdığı şeirlərdən xəbəri yoxdur. Onun söyüşlü sözləri bizə yaraşmaz", - deyə paytaxt sakini qeyd edib.

Mövzu ilə bağlı Elza Seyidcahanla əlaqə saxlanılıb. O, ilk olaraq müsahibə verəcəyini desə də, daha sonra bundan imtina edib.

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayev açıqlama verməkdən imtina edib və məzuniyyətdə olduğunu bildirib.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru